Nyu-York qubernatoru Trampla koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edib

Nyu-York qubernatoru Trampla koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edib
  • Clock-gray 02:24
  • calendar-gray 22 Aprel 2020

 

Nyu-York qubernatoru Endryu Kuomo ABŞ Prezidenti Donald Trampla koronavirus (COVID-19) testini və epidemiyandan ən çox ziyan çəkmiş ştata federal yardımın ayrılmasını müzakirə etdiyini söyləyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qubernator bildirib ki, mövcud şəraitdə aktual olan koronavirusla bağlı testlərin artırılması və ştata maliyyə köməkliyinin edilməsidir. 

Kuomo Trampla keçmiş fikir ayrılıqlarını bir kənara qoyub iş görməyin vacibliyini diqqətə çatdırıb. O, prezidentlə ünsiyyətin çox praqmatik və effektli olduğunu sözlərinə əlavə edib. 

Qeyd edək ki, son məlumatlara görə, Nyu-Yorkda 250 mindən çox koronavirusa yoluxma, təxminən 15 min ölüm hadisəsi qeydə alınıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər