Nyu-Yorkda 120 min sakin işıqsız qalıb

Nyu-Yorkda 120 min sakin işıqsız qalıb
# 07 avqust 2020 17:01 (UTC +04:00)

Nyu-Yorkda 120 min sakin işıqsız qalıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, elektrik təchizatı ilə əlaqədar problemə “İsaias” tropik fırtınası səbəb olub.

Şəhəri elektrik enerjisi ilə təmin edən Con Edison enerji şirkəti Manhettendə elektrik verilişinə ara verdiyini açıqlayıb.

Şirkətin "Twitter" səhifəsində qeyd olunub ki, enerji təchizatı bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR