Nyu-Yorkda 3 uşaq koronavirusun yeni təzahür formasından ölüb

Nyu-Yorkda 3 uşaq koronavirusun yeni təzahür formasından ölüb
  • Clock-gray 07:14
  • calendar-gray 10 May 2020

 

Nyu-York ştatında koronavirusdan eyni gündə 3 uşaq ölüb.

APA-nın "The New York Times"a istinadən verdiyi xəbərə görə, uşaqların ölümünə səbəb koronavirusla əlaqəli müəmmalı, toksik-şok iltihab sindromu olub.

Qubernator Endryu Kuomo Manhettendə keçirdiyi brifinqdə bununla bağlı fikirlərini açıqlayıb: “Xəstəlik üç uşağın həyatına son qoydu. Onların ölüm səbəbi koronavirusun yeni təzahürünü ortaya qoyur - bu yenidir, virus inkişaf edir”.

Qeyd edək ki, Nyu-Yorkda 73-dən çox uşaq sözügedən nadir simptomlardan əziyyət çəkir. Bunun, “Kavasaki” xəstəliyi ilə bəzi oxşarlıqları var. Yeni simptomla bağlı ictimaiyyət ilk dəfə olaraq bu həftə məlumatlandırılıb. 

Kuomo əlavə edib ki, bu, çox ciddi bir vəziyyətdir: "Hələ bu virus haqqında öyrənəcəyimiz çox şey var. Uşaqlar xəstəxanaya gətirildikdə, onlarda ümumiyyətlə, koronavirusla əlaqəli tənəffüs əlamətləri müşahidə edilməyib, lakin infeksiyaya yoluxma aşkarlanıb”. 

Kuomo valideynlərdən uşaqlarda uzun müddət davam edən hərarət, ağır qarın ağrısı, dəri rənginin dəyişməsi, ürək və sinə ağrısı kimi simptomlar hiss edərkən son dərəcə ayıq olmalarını xahiş edib.

 

Rəşad Sarıyev

Digər xəbərlər