Nyu-Yorkda ABŞ-ın 26-cı Prezidenti Teodor Ruzveltin heykəli götürüləcək

Nyu-Yorkda ABŞ-ın 26-cı Prezidenti Teodor Ruzveltin heykəli götürüləcək
# 22 iyun 2020 12:52 (UTC +04:00)

Nyu-Yorkda Amerika Təbiət Tarixi Muzeyinin qarşısında yerləşən sabiq Prezident Teodor Ruzveltin heykəli götürüləcək.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York şəhərinin meri Bill de Blasionun ofisinin yaydığı açıqlamada bildirilib.

“Amerika Təbiət Tarixi Muzeyi Teodor Ruzveltin heykəlinin sökülməsi ilə bağlı müraciət edərək abidədə açıq şəkildə afroamerikalıların və hinduların tabe etdirilmiş və irqi cəhətdən alçaldılmış şəkildə təsvir edildiyini bildirib. Biz muzeyin istəyini dəstəkləyirik. Problemli heykəlin sökülməsi düzgün qərardır”, - deyə açıqlamada qeyd olunub.

Muzeyin saytında isə bildirilib ki, T. Ruzvelt “sadiq təbiətşünas və təbiət tarixinə dair əsərlərin müəllifi” kimi qeyd olunsa da, abidədə muzeyin və ictimaiyyətin uzun müddətdir narahatlıq keçirdiyi irqi iyerarxiya təsvir edilib.

Qeyd edək ki, T. Ruzveltin abidəsində ABŞ Prezidenti atın üstündədir, onun sağ və sol tərəfində isə bir afroamerikalı və bir hindu dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR