Nyu-Yorkda COVID-19 qurbanlarının sayında ən aşağı göstərici qeydə alınıb

Nyu-Yorkda COVID-19 qurbanlarının sayında ən aşağı göstərici qeydə alınıb
# 01 iyun 2020 20:18 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında koronavirus infeksiyasından ölənlərin sayında azalma müşahidə edilir. Son sutkada burada 54 nəfər dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

“Hazırda bizdə bütün epidemiya boyunca ən aşağı ölüm sayı qeydə alınıb – 54 nəfər. Bu səviyyə ölüm halının artıq düşməyəcəyi səviyyədir, çünki ağır olan odur ki, xəstə insanlar koronavirusa yoluxur, nəticə isə kədərlidir. Ancaq bu rəqəm bir neçə həftə ərzində gördüyümüzdən çox fərqlidir”, - Kuomo belə deyib.

Qeyd edək ki, ştat ərazisində ümumilikdə 23 905 nəfər infeksiyanın qurbanına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR