Nyu-Yorkda “Polis İslahatı haqqında Qanun”a dəyişiklik ediləcək

Nyu-Yorkda “Polis İslahatı haqqında Qanun”a dəyişiklik ediləcək
# 11 iyun 2020 08:34 (UTC +04:00)

Nyu-York ştatının qubernatoru Endryu Kuomo bu həftənin sonunadək “Polis İslahatı haqqında Qanun” layihəsini təsdiqləyəcəyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, qubernator bu barədə “NY1” telekanalının canlı yayımında vurğulayıb.

"Dəyişikliklərin vaxtı gəlib və biz bu dəyişiklikləri həyata keçirəcəyik", deyən qubernator, sözügedən qanun layihəsini bu həftənin sonuna qədər imzalaya biləcəyini bildirib.

E.Kuomonun sözlərinə görə, yeni dəyişikliklərdə şübhəli şəxsləri aşkar edərkən polislərə bir sıra hərəkətlər qadağan ediləcək, habelə Nyu-York Dövlət Mülki Hüquqlar Qanununun “50a” hissəsinin ləğvi olunacağı gündəmdədir.

Afroamerikalı Corc Floydun ölümünə qarşı kütləvi etirazlar başlayandan sonra qanun layihəsinə ölkə daxilində, o cümlədən ştatın qanunverici orqanı tərəfindən baxılıb.

"Düşünürəm ki, bu dəyişikliklər müsbət nəticə verəcək. Etirazçıların hisslərini başa düşürəm, onlarla da danışacağam", deyə qubernator əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR