Nyu-Yorkda daha 195 nəfər koronavirusdan ölüb

Nyu-Yorkda daha 195 nəfər koronavirusdan ölüb
# 13 may 2020 00:26 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında koronavirus infeksiyasından ölənlərin sayı son sutka ərzində daha 195 nəfər artıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo açıqlamasında deyib. Bundan əvvəlki gün 161 nəfərin öldüyü deyilirdi.

Kuomonun sözlərinə görə, xəstəxanaya yerləşdirilmiş və eləcə də süni tənəffüs aparatına qoşulan xəstələrin sayında azalma müşahidə edilir.

Hazırkı dövrə qədər Nyu-Yorkda ümumilikdə 21 640 nəfər koronavirusdan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR