Nyu-Yorkda komendant saatı ləğv edilib

Nyu-Yorkda komendant saatı ləğv edilib
# 07 iyun 2020 16:21 (UTC +04:00)

Nyu-York meri Bill de Blasio şəhərdə komendant saatının ləğv olunduğunu elan edib.

APA-nın RİA Novosti-yə istinadən məlumatına görə mer bildirib ki, artıq etiraz aksiyaları dinc formaya keçdiyi üçün belə bir qərar alıblar.

Qeyd edək ki, Nyu-York-da davam edən iğtişaşlardan sonra hakimiyyət bazar gününə qədər komendant saatı tətbiq etmişdi.

Mer bununla bağlı Twitter səhifəsində belə yazıb:

"New York: Komendant saatını ləğv edirik. Dünən şəhərimizin sakinləri yaxşı nümunə göstəriblər. Ona görə də, sabah komendant saatı ləğv olunur”.

Bundan əvvəl də Nyu-York əyalətinin qubernatoru Endryu Cuomo bildirmişdi ki, hakimiyyət koronavirus pandemiyasına görə şəhərdə tətbiq olunan məhdudiyyətləri iyunun 8-dən qaldırmağa başlayacaq. Artıq sabahdan etibarən şəhərdə topdan və pərakəndə ticarət işləri yenidən davam edəcək. Restoran və barlar da fəaliyyətini bərpa edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR