Nyu-Yorkda koronavirus qurbanlarının sayı üçüncü gündür ki, azalır

Nyu-Yorkda koronavirus qurbanlarının sayı üçüncü gündür ki, azalır
# 20 aprel 2020 20:19 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında koronavirusdan ölənlərin sayında artıq üçüncü gündür azalma müşahidə olunur. Son 24 saat ərzində burada COVID-19 testi müsbət nəticələnmiş 478 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo açıqlamasında bildirib.

“Ən pis xəbər – ölənlərin sayıdır. Rəqəmlər hələ də qorxunc həddədir. Dünən biz 478 insanı itirdik”, - Kuomo belə deyib.

Qubernatorun təqdim etdiyi qrafikə əsasən, 19 aprel tarixində ümumilikdə 16 103 nəfər xəstəxanaya yerləşdirilib – gün ərzində ümumi say 16 213 nəfər olub. Bundan əvvəl bu rəqəm 18 825 nəfər təşkil edib.

Qubernatorun sözlərinə görə, 18 apreldə ştatda 507, 17 apreldə 540, 16 apreldə 630, 15 apreldə 606, 14 apreldə 752, 13 apreldə 773, 12 apreldə 671, 11 apreldə 758, 10 apreldə 783, 9 apreldə 777, 8 apreldə 799, 7 apreldə 779, 6 apreldə isə 731 nəfər koronavirusa yoluxma nəticəsində həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR