Nyu-Yorkda koronavirusa yoluxanların sayı azalmağa başlayıb

Nyu-Yorkda koronavirusa yoluxanların sayı azalmağa başlayıb
# 13 aprel 2020 19:04 (UTC +04:00)

Son günlər Nyu-Yorkda xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin sayı azalmağa başlayıb.

APA-nın NY1 telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Nyu-York şəhərinin meri Bill de Blazio bildirib.

Onun sözlərinə görə, Nyu-York xəstəxanalarına yerləşdirilən koronavirus xəstələrinin sayı aprelin 10-dan 11-dək olan müddətdə 463 nəfərdən 383 nəfərə kimi azalıb.

“Bu həqiqətən hiss olunacaq bir azalmadır”, - deyə mer vurğulayıb.

Bill de Blazio qeyd edib ki, yuxarıda qeyd olunan müddət ərzində süni nəfəs aparatlarına qoşulan xəstələrin sayında 857 nəfərdən 835 nəfərə kimi azalma müşahidə olunur.

“Bu, müsbət dinamikadır”, - deyə o bildirib.

Mer şəhər sakinlərini koronavirusun yayılmasının qarşısını almaq üçün əvvəlki kimi tədbirlərə əməl etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR