Nyu-Yorkda son sutkada ölənlərin sayı rekord həddə çatıb

Nyu-Yorkda son sutkada ölənlərin sayı rekord həddə çatıb
# 10 aprel 2020 04:22 (UTC +04:00)

Nyu-York ştatında son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çataraq 779 nəfər olub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Endryu Kumo mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nyu-York ştatı ABŞ-da koronavirus epidemiyasının episentridir: "Ölənlərin sayı artır. Ötən gün 799 nəfər itirdik. Onların sayının artacağı istisna edilmir".

Qubernator koronavirusla bağlı müsbət göstəricilərin də müşahidə edildiyini vurğulayıb: "Gün ərzində süni nəfəs aparatından istifadə edən xəstələrin sayı azalıb, reanimasiyaya daha az adam daxil olub, eyni zamanda xəstəxanaya yerləşdirilənlərin sayında da azalma var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR