Pelosi Trampın vəzifədən kənarlaşdırılması üçün konstitusiyaya 25-ci düzəlişin lehinə çıxış edib

Pelosi Trampın vəzifədən kənarlaşdırılması üçün konstitusiyaya 25-ci düzəlişin lehinə çıxış edib
# 08 yanvar 2021 00:08 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Demokratlar Partiyasını təmsil edən Nensi Pelosi Senatda azlıqların lideri, partiya yoldaşı Çak Şumerin ardınca hazırkı prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin lehinə çıxış edib.

APA xəbər verir ki, bu barədə TASS yazıb.

“25-ci düzəlişdən dərhal istifadə edərək bu prezidenti hakimiyyətdən kənarlaşdırması üçün Demokratların Senatdakı liderinin vitse-prezidentə ünvanladığı çağırışına qoşuluram. Əgər vitse-prezident və kabinet bir tədbir görməzsə, Konqres impiçmentə doğru addım atmağa hazır ola bilər. Bu, mənim fraksiyamın rəyidir”, - deyə Pelosi vurğulayıb.

Onun fikrinə görə, seçki nəticələrinə etiraz edənlərin Konqres binasına hücumları “ABŞ prezidenti tərəfindən təhrik edilən bir hərəkətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR