Pentaqon ABŞ gəmilərinin Qara dənizə göndərməsini standart əməliyyat adlandırıb

Pentaqon ABŞ gəmilərinin Qara dənizə göndərməsini standart əməliyyat adlandırıb
# 10 aprel 2021 04:14 (UTC +04:00)

ABŞ Donanması gəmilərinin Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində koordinasiya edilən müntəzəm əməliyyatdır.

APA “Interfax”a istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Con Kirbi bildirib.

“Biz mütəmadi olaraq Qara dənizdə əməliyyatlar təşkil edirik. Bu yaxınlarda gəmiləri ora göndərdik. Bu, yeni bir şey deyil”, - Kirbi belə deyib.

O, həmçinin əlavə edib ki, ABŞ beynəlxalq qanunların imkan verdiyi istənilən yerdə aviasiya və donanmadan istifadə edir.

Kirbi Qara dənizdəki “gələcək əməliyyatlar” barədə danışmaqdan və eləcə də Türkiyə KİV-lərinin də yazdığı kimi, gələn həftə ABŞ Donanması gəmilərinin Qara dənizə göndərilməsi barədə məlumatları təsdiqləməkdən imtina edib.

Qeyd edək ki, Türkiyə ABŞ hərbi gəmilərinin Qara dənizə keçməsi barədə Rusiyaya xəbərdarlıq etmişdi. Həmçinin ABŞ-ın gələn həftə iki döyüş gəmisinin Bosfor boğazından keçəcəyi barədə Türkiyə tərəfinə məlumat verməsi də dəqiqləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR