Pentaqon: ABŞ nüvə arsenalını genişləndirməyəcək

Pentaqon: ABŞ nüvə arsenalını genişləndirməyəcək
# 14 fevral 2020 05:48 (UTC +04:00)

ABŞ nüvə arsenalını genişləndirmək niyyətində deyil, Rusiya və Çinlə silah yarışında iştirak etmək istəmir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı deyib.

Admirala Pentaqonun Moskva və Pekinin gücünü artırmasına cavab olaraq ABŞ-ın nüvə qüvvələrini genişləndirmək planları barədə də sual verilib. Riçardın cavabı belə olub: "Xeyr, biz paritet üçün səy göstərmirik".

Onun sözlərinə görə, Moskva son 15 ildə öz arsenalını genişləndirmək və modernləşdirmək üçün əhəmiyyətli işlər görüb, Vaşinqton isə onsuz da mövcud olan sistemlərin ömrünü uzadıb: "Etiraf edim ki, “silah yarışına başlamağımız” fikri məni təəccübləndirir. Silah yarışı ideyasının haradan qaynaqlandığını başa düşmürəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR