Pentaqon Çin üzrə yeni işçi qrup yaradıb

Pentaqon Çin üzrə yeni işçi qrup yaradıb
  • Clock-gray 01:57
  • calendar-gray 11 Fevral 2021

Pentaqonda Çinə dair yeni işçi qrup yaradılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

Pentaqonu ziyarət edən Baydenin sözlərinə görə, ÇXR-lə münasibətdə “ümumhökumət yanaşması”nı inkişaf etdirəcək qrup haqqında ona məlumat verilib.

İşçi qrupun qarşıdakı aylarda ÇXR-lə bağlı məsələlərdə əsas prioritetlər barədə tövsiyələr verməsi gözlənilir.

“Çindən artan çağırışlara cavab verməliyik”, - Bayden belə deyib.

apa-logo-mini

Digər xəbərlər