Pentaqon: F-35-lərin tədarükünə dair BƏƏ ilə müqavilənin imzalanması yeni prezidentin andiçməsinə qədər də mümkündür

Pentaqon: F-35-lərin tədarükünə dair BƏƏ ilə müqavilənin imzalanması yeni prezidentin andiçməsinə qədər də mümkündür
  • Clock-gray 04:42
  • calendar-gray 05 Dekabr 2020

Amerikanın beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərinə tədarükü üçün müqavilənin imzalanması nəzəri olaraq ABŞ-da yeni seçilən prezidentin 20 yanvar tarixində nəzərdə tutulan andiçmə mərasimindən əvvəl də mümkün ola bilər.

APA TASS-a istinadən xəbər verir ki, belə bir fikri ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik Agentliyinin direktoru Haydi Qrant brifinq zamanı səsləndirib.

“Bunun mümkün olub-olmadığını soruşsanız, o zaman tamamilə mümkündür. Lakin biz buna nəzarət etmirik, ABŞ Konqresinin qərarını gözləyirik. Daha sonra BƏƏ tərəfinə verəcəyimiz təklifin cavabını gözləyəcəyik. Bununla belə, mümkündür”, - Qrant belə deyib.

O, belə bir razılaşmanın həyata keçirilməsinə ABŞ-ın qanunverici orqanı tərəfindən icazə verilməli olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, mətbuat konfransında iştirak edən ABŞ Dövlət katibinin hərbi və siyasi məsələlər üzrə köməkçisi Klark Kuper bildirib ki, Konqres BƏƏ-yə F-35 təyyarələrinin tədarükü ilə bağlı öz fikirlərini gələn həftə bildirməlidir. Bundan sonra ABŞ və BƏƏ rəsmiləri müqavilənin detallarını müzakirə etməyə başlayacaq və bu prosesin müddəti üçün hər hansı məhdudiyyət yoxdur.

apa-logo-mini

Digər xəbərlər