Pentaqon miqrant uşaqların ABŞ-ın iki bazasında yerləşdirilməsinə icazə verib

Pentaqon miqrant uşaqların ABŞ-ın iki bazasında yerləşdirilməsinə icazə verib
# 25 mart 2021 05:41 (UTC +04:00)

Pentaqon yetkinlik yaşına çatmayan qeyri-qanuni miqrantların Texas ştatındakı iki ABŞ hərbi bazasına müvəqqəti yerləşdirilməsi ilə bağlı ABŞ Səhiyyə Nazirliyinin müraciətini təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbinin yazılı açıqlamasında qeyd olunub.

“Bu gün Pentaqon miqrant uşaqların böyüklərin müşayiəti olmadan sərhədi keçərək San-Antonio-Lakland bazasındakı azad yataqxanada və Fort-Bliss bazası ərazisində müvəqqəti yerləşdirilməsi ilə bağlı müraciəti təsdiqləyib”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR