Pentaqon rəhbəri: "ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"

Pentaqon rəhbəri: "ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"
  • Clock-gray 23:36
  • calendar-gray 07 Yanvar 2020

Birləşmiş Ştatlar general Qasım Süleymaninin öldürülməsindən sonra İranla münaqişənin diplomatik həllini axtarır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

“Biz diplomatik həll yolu axtarırıq, amma əvvəlcə İran de-eskalasiyaya getməlidir”, - Esper belə deyib.

Pentaqon rəhbəri Vaşinqtonun İranla müharibə istəmədiyini bir daha təkrarlayıb.

apa-logo-mini

Digər xəbərlər