Pentaqon rəhbəri: "ABŞ-ın Əfqanıstanda hərbçilərini azaltmasının "Taliban"la əlaqəsi yoxdur"

Pentaqon rəhbəri: "ABŞ-ın Əfqanıstanda hərbçilərini azaltmasının "Taliban"la əlaqəsi yoxdur"
# 04 dekabr 2019 02:54 (UTC +04:00)

"ABŞ qoşunlarının Əfqanıstandan geri çəkilməsi mütləq deyil ki, "Taliban"la razılaşma ilə əlaqədar olsun".

APA-nın məlumatına görə, ABŞ-ın Müdafiə naziri Mark Esper "Reuters"-ə müsahibəsində bildirib.

Onun bu mövzudakı şərhləri Trampın ötən həftə Əfqanıstana səfərindən bir neçə gün sonraya təsadüf edib.

Esper qoşunların sayının mümkün azaldılmasından bəhs edib və deyib ki, "Taliban" qiyamçılarının atəşkəs razılığı imzalayacaqlarına inanır: "Əgər tərəflərin hər biri atəşkəsə əməl etsə, nəticədə zorakılıqlar əhəmiyyətli dərəcədə azala bilər".

Müdafiə naziri deyib ki, Tramp Administrasiyası bir neçə müddətdir, həm ölkə daxilində, həm də ABŞ müttəfiqləri ilə qoşunların sayının azaldılmasını müzakirə edir: “Mən əminəm ki, biz Əfqanıstanda qoşunların sayını azalda, eyni zamanda isə ərazinin Birləşmiş Ştatlara hücum etmək istəyən terrorçular üçün təhlükəsizlik sığınacağına çevrilməyəcəyini təmin edə bilərik. Müttəfiqlərimiz də bizimlə razılaşır”.

Qeyd edək ki, hazırda Əfqanıstanda 13 minlik ABŞ hərbi birləşməsi, digər NATO ölkələrinin isə minlərlə şəxsi heyəti var. ABŞ rəsmiləri öz qoşunlarının sayının 8600-ə qədər azalacağını və onların effektiv anti-terror missiyasını həyata keçirməyə davam edəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR