Peru sahillərində 5,5 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 02.16 radələrində baş verən zəlzələnin ocağı Arekipa regionundan 81 km cənub-qərbdə, 9 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.