Polis zorakılığı nəticəsində ölən Corc Floyd dəfn olunub

Polis zorakılığı nəticəsində ölən Corc Floyd dəfn olunub
# 10 iyun 2020 07:09 (UTC +04:00)

ABŞ-da polis zorakılığı nəticəsində ölən afroamerikalı Corc Floyd Hyuston şəhərində anasının məzarı yaxınlığında dəfn edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, dəfn mərasimində onun ailə üzvləri ilə yanaşı, yüzlərlə insan iştirak edib.

Floydun cənazəsi olan avtomobil karvanı məzarlığa daxil olan zaman orada toplaşan kütlə “Corc Floyd”, “Nəfəs ala bilmirəm” və “Dizinizi boğazımdan çəkin” deyə şüarlar səsləndirməyə başlayıblar.

Dəfn prosesi polis tərəfindən də müşayiət olunub və bəzi polis zabitləri hörmət əlaməti olaraq öz yumruqlarını yuxarıya doğru qaldırıblar. Hətta polislər dəfnə toplaşan kütlə ilə xoş rəftar edib, insanlara su paylayıb, halı pisləşənlərə köməklik göstəriblər. Floydun dəfn mərasimi ümumilikdə sakit şəkildə, insidentsiz keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR