Pompeo ABŞ-ın ÜST-ü maliyyələşdirməkdən imtinasının səbəbini açıqlayıb

Pompeo ABŞ-ın ÜST-ü maliyyələşdirməkdən imtinasının səbəbini açıqlayıb
# 15 aprel 2020 10:35 (UTC +04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı yaranmış vəziyyətdə vəzifəsini icra etməyib.

APA-nın məlumatına görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bizə suallara cavab, bizə şəffaflıq lazımdır. Bizə lazımdır ki, ÜST öz işini görsün, öz funksiyalarını yerinə yetirsin – dünya qlobal səhiyyə miqyasında nə baş verdiyi barədə dəqiq, vaxtında, effektiv, etibarlı informasiya ilə təmin olunsun. Lakin onlar bunu etmədilər”, - deyə dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST-ü maliyyələşdirməsini dayandırdığını bildirib. Tramp qeyd edib ki, ÜST koronavirus barədə vaxtında informasiya verməyib, həmçinin həqiqəti dünya ictimaiyyətinə çatdırmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR