Pompeo ABŞ-ın Venesuelada çevrilişə cəhddə iştirakı barədə bəyanatı əsassız adlandırıb

Pompeo ABŞ-ın Venesuelada çevrilişə cəhddə iştirakı barədə bəyanatı əsassız adlandırıb
  • Clock-gray 06:47
  • calendar-gray 09 May 2020

ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun Venesuelada muzdluların köməkliyi ilə hərbi çevrilişə cəhd etməsi barədə rəsmi Karakasın bəyanatını dezinformasiya adlandırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib.

Dövlət katibi ABŞ-ın həmin insidentlə hər hansı bir əlaqəsinin olmasını qəti şəkildə inkar edib: “Biz belə bir şey təşkil etməmişik. Blirəm ki, Maduro hər şeyi məhz belə təqdim etməyə çalışır. Baş vermiş cəhd barədə rejimin əvvəlcədən xəbərinin olması və bundan dezinformasiya üçün istifadə etməyə çalışması əvvəl-axır bilinərsə, buna təəccüblənmərəm”.

apa-logo-mini

Digər xəbərlər