Pompeo: "ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək"
30 may 2020 18:38 (UTC +04:00)
"ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək".
APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo "Twitter"də bildirib. O qeyd edib ki, Çin Kommunist Partiyası Honkonqdakı özünəməxsusluğu məhv edir, hansı ki bu, Honkonqu Çinin qalan hissəsindən fəqləndirirdi: "Nəticədə artıq Prezident Tramp Honkonqla əvvəlki münasibətlərin saxlanılmasının doğruluğuna inanmır. ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pekin tərəfindən irəli sürülən Honkonqla bağlı yeni təhlükəsizlik qanununa cavab olaraq Honkonq üçün tətbiq olunan ticarət və səyahət sahələrindəki güzəştlərə son verəcək.
D.Tramp Çin hökumətinin Honkonqla bağlı siyasətini "faciə" adlandırıb.
Amerika
Sallivan: “ABŞ 2024-cü ilin sonuna qədər Ukraynaya hərbi təchizatı davam etdirə biləcək”
00:21
25 aprel 2024
Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzalayıb
19:01
24 aprel 2024
Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib
15:40
24 aprel 2024
Panamada 5,5 bal gücündə zəlzələ olub
08:24
24 aprel 2024