Pompeo BMT-nin Baş katibi ilə İrana qarşı sanksiyaları müzakirə edib

Pompeo BMT-nin Baş katibi ilə İrana qarşı sanksiyaları müzakirə edib
# 21 avqust 2020 07:12 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin Baş katibi Antonio Quterreşlə İran əleyhinə sanksiyaların bərpasını müzakirə edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi “Twitter” səhifəsində yazıb.

“Söz verdiyimiz kimi, ABŞ İrana qarşı silah embarqosunun müddətinin başa çatmasına icazə verməyəcək. Snepbek proseduru başlayandan sonra görməli olduğu işləri müzakirə etmək üçün BMT baş katibi Antonio Quterreşlə görüşdüm”, - deyə Pompeo bildirib.

Qeyd edək ki, Pompeo BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpası proseduruna başlamaqla bağlı Vaşinqtonun tələbini şəxsən BMT Təhlükəsizlik Şurasının sədrinə çatdırıb. ABŞ-ın fikrincə, sanksiyalar 30 gündən sonra yenidən qüvvəyə minə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR