Pompeo İsraili ABŞ-ın güclü və təcrübəli tərəfdaşı adlandırıb

Pompeo İsraili ABŞ-ın güclü və təcrübəli tərəfdaşı adlandırıb
  • Clock-gray 03:10
  • calendar-gray 18 May 2020

 

ABŞ-ın Dövlət katibi Maykl Pompeo İsrailin yeni koalisiya hökumətinin tərkibinin təsdiqlənməsini alqışlayıb və yəhudi dövlətini rəsmi Vaşinqtonun güclü və təcrübəli tərəfdaşı adlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, Pompeo bu barədə bazar günü “Twitter” hesabında yazıb: “Yeni  İsrail hökumətinin qurulması xəbərini səmimi qarşılayırıq. Qüdsdə belə güclü və təcrübəli tərəfdaşlarımız olduğuna görə çox şanslıyıq. Xalqlarımızın təhlükəsizliyi və firavanlığı üçün birlikdə çalışacağıq". 

Qeyd edək ki, bazar günü Knesset (bir palatalı parlament) İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən 2 mart seçkilərinin nəticəsinə uyğun olaraq formalaşdırılan 35-ci koalisiya hökumətinin tərkibini təsdiqləyib.

120 deputatdan 73-ü yeni kabinetin lehinə səs verib. 

 

Rəşad Sarıyev

Digər xəbərlər