Pompeo gələn həftə İsrail və BƏƏ-yə səfər edəcək

Pompeo gələn həftə İsrail və BƏƏ-yə səfər edəcək
# 22 avqust 2020 23:48 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo avqustun 24-də İsrailə, ondan bir gün sonra isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qüdsdəki danışıqların mövzusu İsrail dövləti ilə BƏƏ arasında münasibətlərin normallaşdırılmasından ibarət olacaq.

Tərəflər, həmçinin İran və Çini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR