Puerto-Riko ABŞ-ın ştatı ola bilər, referendum tarixi açıqlanıb

Puerto-Riko ABŞ-ın ştatı ola bilər, referendum tarixi açıqlanıb
# 17 may 2020 17:02 (UTC +04:00)

Puerto-Riko adanın statusu ilə bağlı referendum keçirilməsini planlaşdırır.

APA Lent.ru-ya istinadla xəbər verir ki, vətəndaşlar bu suala cavab verəcəklər: “Puerto-Riko dərhal Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?”

Referendumun 2020-ci il noyabrın 3-də keçirilməsi qərara alınıb.

Puerto-Riko hakimiyyəti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

Yerli hakimiyyətin bu istəyi iqtisadi problemlərlə bağlıdır. Puerti-Rikonun xarici borcu 80 milyard dollardan çoxdur, yoxsulluq həddi isə 45 faiz səviyyəsindədir.

Qeyd etmək lazımdır ki, əgər puertorikalılar ABŞ-ın tərkibinə daxil olmağa razılaşsalar belə, ölkənin 51-ci ştat olmaq ehtimalı azdır.

Fakt budur ki, referendumun nəticələrinin ABŞ-da icrası məcburi deyil.

Yeni ştatın ölkənin tərkibinə daxil olması ilə bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır.

Bundan əlavə, puertorikalılar əvvəllər ABŞ vətəndaşları olmaq üçün çıxış ediblər. 2017-ci ildə keçirilən referendumun nəticələrinə görə, bu qərarın lehinə ada ölkəsi əhalisinin 97 faizi səs verib. Ancaq bu Puerto-Rikonun statusuna heç bir təsir göstərməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR