Qvatemalada yerləşən Fueqo vulkanı püskürməyə başlayıb

Qvatemalada yerləşən Fueqo vulkanı püskürməyə başlayıb
  • Clock-gray 04:41
  • calendar-gray 15 Fevral 2021

Qvatemalada yerləşən, paytaxtdan 50 km məsafədə olan Fueqo vulkanı püskürüb.

APA “Prensa Libre”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Fəsadlarının Azaldılması üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, lava qatı 1,5 km-ə çatır, vulkanın üzərini qalın tüstü və toz qatı bürüyüb. Tüstü qatı 5 km məsafədən də görünür. Sakinlərin təxliyəsi barədə hələlik bir məlumat yoxdur.

Qeyd edilir ki, Fueqo vulkanının sonuncu dəfə püskürməsi 2018-ci il iyun ayının 3-də baş verib. Həmin vaxt 200-dən çox insan ölmüşdü.

apa-logo-mini

Digər xəbərlər