Rəsmi Havana ABŞ-ın Kubanı terroru dəstəkləyən dövlət elan etməsini ikiüzlülük adlandırıb

Rəsmi Havana ABŞ-ın Kubanı terroru dəstəkləyən dövlət elan etməsini ikiüzlülük adlandırıb
# 12 yanvar 2021 08:47 (UTC +04:00)

Kuba rəhbərliyi ölkənin adının beynəlxalq terrorçuluğa dəstək verən dövlətlərin siyahısına daxil edilməsini ABŞ-ın ikiüzlü qərarı hesab edir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Kubanın XİN rəhbəri Bruno Rodriques Parrilya öz açıqlamasında deyib.

“Kubanın terrorçuluğu dəstəkləyən dövlət elan edilməsi barədə ABŞ-ın ikiüzlü və həyasız qərarını qınayırıq. Bu aksiyanın siyasi fürsətçilik olması terror problemindən əziyyət çəkən hər kəs tərəfindən qəbul edilir”, - deyə diplomat özünün “Twitter” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR