Serbiya və Kosovo iqtisadi münasibətlərin normallaşdırılmasına dair pakt imzalayıb

Serbiya və Kosovo iqtisadi münasibətlərin normallaşdırılmasına dair pakt imzalayıb
  • Clock-gray 19:59
  • calendar-gray 04 Sentyabr 2020

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Serbiya və Kosovo iqtisadi münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəliblər.

APA-nın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibinin köməkçisi deyib.

Dünən Vaşinqtonda baş tutan danışıqların ardınca bu gün Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Kosovonun Baş naziri Avdullah Hoti və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında pakt imzalanıb.

Bu razılaşma tərəflər arasında iqtisadi əlaqələrin normallaşdırılması, o cümlədən yolların, dəmiryolu və hava xətlərinin açılmasını nəzərdə tutur.

Zümrüd Paşkin

Digər xəbərlər