Son 14 gündə İranda olmuş əcnəbilərin ABŞ-a girişinə qadağa qoyulub

Son 14 gündə İranda olmuş əcnəbilərin ABŞ-a girişinə qadağa qoyulub
# 01 mart 2020 03:20 (UTC +04:00)

“ABŞ son 14 gün ərzində İranda olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

Pens həmçinin ABŞ vətəndaşlarına koronavirusun daha çox yoluxduğu yerlərə - İtaliya və Cənubi Koreyaya getməməyə çağırış edib.

ABŞ-da virusa yoluxmanın aşağı səviyyədə olduğunu deyən vitse-prezident əlavə edib ki, prezident Tramp ABŞ-a gələn vətəndaşların ciddi yoxlanılmasını təmin etmək məqsədilə Dövlət Departamentinə İtaliya və Cənubi Koreyadakı müttəfiqlərlə işləməyi tapşırıb.

Xatırladaq ki, Ağ Ev rəhbəri şənbə günü ABŞ-da 1 qadının koronavirusa yoluxduqdan sonra öldüyünü və 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR