Suriyada terrorçular Hələbin yaşayış ərazilərini reaktiv raketlərlə atəşə tutub

Suriyada terrorçular Hələbin yaşayış ərazilərini reaktiv raketlərlə atəşə tutub
# 23 mart 2021 07:42 (UTC +04:00)

Suriyada terrorçular Hələbin Əl-Salihin və Əl-Firdaus bölgələrinə reaktiv raketlər atıb. Nəticədə iki mülki şəxs ölüb və azı 17 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Suriyada Döyüşən Tərəflərin Sülh Mərkəzinin direktor müavini kontr-admiral Aleksandr Karpov bildirib.

“Hələbin Əl-Salihin və Əl-Firdaus bölgələrinin terrorçular tərəfindən raketlərlə atəşə tutulması nəticəsində iki mülki şəxs öldürülüb və azı 17 mülki şəxs yaralanıb”, - deyə Karpov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR