Tanınmış aktyor, "Qara Pantera" rolunun ifaçısı vəfat edib

Tanınmış aktyor, "Qara Pantera" rolunun ifaçısı vəfat edib
# 29 avqust 2020 08:54 (UTC +04:00)

“Marvel” kinematoqrafiyaçılarının super qəhrəman obrazı olan "Qara Pantera" rolunun ifaçısı, tanınmış amerikalı aktyor Çedvik Bouzman 43 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə aktyorun rəsmi “Twitter” səhifəsinə məlumat yer alıb.

“Çedvik Bouzmanın ölümünü sonsuz kədərlə bildiririk”, - paylaşımda belə deyilir.

2016-cı ildə Bouzmana üçüncü mərhələli yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub, sonradan onun xəstəliyi dördüncü mərhələyə keçib. Dörd il ərzində aktyor xəstəliklə mübarizə aparıb. O, öz evində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR