"Tesla" 5 milyard dollarlıq səhmlərini satmağı düşünür

"Tesla" 5 milyard dollarlıq səhmlərini satmağı düşünür
# 01 sentyabr 2020 21:19 (UTC +04:00)

ABŞ-ın “Tesla” şirkətinin rəhbərliyi təxminən 5 milyard dollar dəyərində səhmləri satmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi çərşənbə axşamı məlumat yayıb.

Məlumata görə, söhbət 31 avqustda bitən 5:1 prinsipi üzrə hissə bölüşdürmə proseduru nəticəsində əldə edilən qiymətli kağızlardan gedir. Şirkət bununla bağlı bir neçə bankla razılığa gəlib. Ümumilikdə, “Tesla” hər bir səhminin dəyəri 480 dollar olan 5 milyard dollar dəyərində qiymətli kağızları tədricən birjaya yerləşdirəcək.

“Bloomberg”in mütəxəssislərinin hesabatına görə, son 10 ildə “Tesla” səhmlərin təkrar yerləşdirilməsindən 14 milyard dollardan çox vəsait qazanıb. Şirkət sonuncu dəfə bu ilin fevral ayında təxminən 2 milyard dollar dəyərində qiymətli kağız satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR