"Tesla" avtomobillərinin satışında növbəti rekord qeydə alınıb

"Tesla" avtomobillərinin satışında növbəti rekord qeydə alınıb
# 03 aprel 2021 11:59 (UTC +04:00)

ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" bu ilin yanvar-mart ayları ərzində qlobal bazarda 184 800 vahid avtomobil satıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu, ötən rübdə (oktyabr-dekabr) qeydə alınan rekord satış həcmini 2,34% üstələyib.

Bu, "Wall Street"də də proqnozlardan artıq olub. Bunun səbəbi kimi nisbətən daha ucuz modellərə olan stabil tələbatın ehtiyat hissələrinin qlobal çatışmazlığını kompensasiya etməsi göstərilir. "Tesla"nın qlobal avtomobil tədarükünün 98,9%-i "Model 3" və "Model Y"nın payına düşüb.

Şirkət qeyd edib ki, "Model Y"nın Çində müsbət qarşılanması şirkəti ruhlandırır və tam istehsal gücünə sürətlə çatmağa sövq edir.

Xatırladaq ki, "Tesla" "Toyota Motor Corp", "Volkswagen AG "və "General Motors "kimi rəqiblərindən istehsal həcmlərinə görə nəzərəçarpacaq dərəcədə geridə qalsa da, hazırda dünyanın ən qiymətli avtomobil şirkəti sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR