Tesla şirkəti yeni elektrik avtomobili üçün 146 min sifariş alıb

Tesla şirkəti yeni elektrik avtomobili üçün 146 min sifariş alıb
# 24 noyabr 2019 06:35 (UTC +04:00)

“Tesla şirkəti ilk “Cybertruck” elektriklə çalışan pikap avtomobili üçün 146 min sifariş qəbul edib”.

APA TASS-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri İlon Mask

Los-Ancelesdə “Cybertruck”avtomobilinin ilk nümayişi zamanı bildirib.

O, qeyd edib ki, bu qədər sifarişin alınmasına rəğmən heç bir reklam kampaniyasına ehtiyac olmayıb.

Maskın sözlərinə görə, müştərilərin 42 faizi ikimühərrikli, 41 faizi üçmühərrikli, 17 faizi isə birmühərrikli pikap almaq niyyətində olduqlarını bildiriblər.

Şirkət rəhbəri əlavə edib ki, “Cybertruck”un gövdəsi və pəncərələri xüsusilə davamlıdır: “Avtomobilin qapısına çəkiclə zərbə endirdikdə heç bir iz qalmır. Oturacaqların dərisi isə gülləkeçirməzdir”.

Qeyd edək ki, mühərrikin gücünə və digər üstünlüklərə görə bu avtomobil üç çeşiddə təklif edilir. Ən üstün modeli 800 km məsafə qət edir və 2,9 saniyəyə 96 km/saatdan çox sürət yığa bilir. Arxa hissədə yük tutumu təxminən 2.8 min litrdir.

Pikapın ən sadə konfiqurasiyada olan modelinin qiyməti 40 min dollardan başlayır. Avtomobil avtopilot funksiyasını da dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR