Torontoda yaşayış binasında atışma olub, 5 nəfər ölüb, 1 nəfər yaralanıb

Torontoda yaşayış binasında atışma olub, 5 nəfər ölüb, 1 nəfər yaralanıb
# 04 sentyabr 2020 18:31 (UTC +04:00)

Kanadanın Toronto şəhərinin şərqində yerləşən rayonların birində yaşayış binasında baş vermiş atışma nəticəsində beş nəfər ölüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumatı CTV kanalı yayıb.

Hadisə gecə saatlarında baş verib. Hadisə yerinə gələn polis əməkdaşları orada beş nəfərin cəsədini aşkarlayıb, onlardan üçü yeniyetmədir. Atışma nəticəsində ağır xəsarət alan daha bir qadın xəstəxanaya çatdırılıb.

Polislər öldürülənlərdən birinin atəş açan şəxsin olduğunu istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR