Tramp "S-400" mübahisələrinin də keçdiyi ABŞ-ın hərbi büdcəsini imzalayıb

Tramp "S-400" mübahisələrinin də keçdiyi ABŞ-ın hərbi büdcəsini imzalayıb
  • Clock-gray 06:21
  • calendar-gray 21 Dekabr 2019

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların və Türkiyənin "S-400" zenit-raket kompleksləri alması ilə bağlı mübahisələrin də yer aldığı 2020-ci maliyyə ili üçün hərbi büdcəni imzalayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, tədbir Amerikanın aparıcı televiziya kanalları tərəfindən yayımlanıb.

Sənədə əsasən, müdafiə büdcəsi 738 milyard dollar təşkil edir ki, bu da 2019-cu maliyyə ili ilə müqayisədə (716 milyard dollar) 3,1% çoxdur. Pentaqonun əsas ehtiyacları üçün 635 milyard dollar, Əfqanıstanda, Suriyada, Yəməndə hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrdə terrorçulara qarşı mübarizə üçün 71.5 milyard dollar ayrılıb. 31,5 milyard dollar isə ABŞ-ın Energetika Nazirliyi vasitəsilə nüvə silahlarının döyüş hazırlığının qorunmasına və onların modernləşdirilməsinə, eləcə də digər müdafiə ehtiyaclarına sərf olunacaq. Bundan əlavə, sənəddə ABŞ qoşunlarının müstəqil bir növü olaraq kosmik qüvvələrin yaradılması da göstərilib.

Ukraynaya hərbi yardım üçün, o cümlədən sahil müdafiə sistemi və gəmi əleyhinə raketlər üçün qanadlı raketlərin tədarükünə 300 milyon dollar ayrılması planlaşdırılır ki, bu da 2019-cu il üçün büdcədən 50 milyon dollar çoxdur.

Büdcə planında bir sıra məqamlarda Rusiya əleyhinə sanksiyalar da nəzərdə tutulub. “Şimal axını-2” və “Türk axını” qaz boru kəmərləri ilə bağlı, həmçinin “Suriyanın Mülki Əhalisinin Mühafizəsi haqqında” akt çərçivəsində olan hissələrdə bunun təsirini görmək olur. Moskva ilə hərbi sahədə birbaşa əməkdaşlığa qoyulan embarqo bir daha uzadılıb, ABŞ hökumətinə Krımın Rusiya ilə birləşməsini tanımaq qadağan edilib.

Konqres administrasiyaya Rusiya-Çin hərbi tərəfdaşlığının inkişafını izləməyi də tapşırıb. Honkonqdakı etirazçılara dəstək ifadə edilib, ABŞ tərəfi də Tayvanın müdafiə qabiliyyətini və döyüş hazırlığını ortaq təlimlər və silah satışları ilə artırmaq niyyətindədir.

ABŞ Çinin hərbi fəaliyyətini və Arktikaya birbaşa yatırımını yaxından izləyəcək. Bundan əlavə, Çin istehsalı olan pilotsuz uçuş aparatlarının alınması qadağan edilib.

Sənəd Ankaraya beşinci nəsil “F-35” qırıcılarının verilməsini də qadağan edir. Ayrıca, Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərini alması, prezidentin sanksiyalar tətbiq edəcəyini nəzərdə tutan “Rusiyanın Avropa və Avrasiyada təsirinə qarşı mübarizə haqqında” Qanunun müddəalarına uyğun olması barədə də məqamlara toxunulub.

Bundan başqa, Pentaqon, “S-400” ZRK satın alınması səbəbilə Ankaranın bu proqramdan kənarlaşdırılmasından əvvəl ABŞ aviabazasında türkiyəli pilotların təlimləri üçün istifadə olunan altı Türkiyə “F-35” təyyarəsinin saxlanmasına 30 milyon dollar xərcləyə bilər.

apa-logo-mini

Digər xəbərlər