Tramp 73 nəfəri əfv edib

Tramp 73 nəfəri əfv edib
# 20 yanvar 2021 11:01 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp 73 nəfərin əfv edilməsi haqqında qərar qəbul edib.

APA-nın xəbərinə görə, daha 70 nəfərin cəzası yüngülləşdirilib.

Ağ evin yaydığı məlumatda bildirilir ki, əfv olunanlar arasında Trampın keçmiş müşaviri Stiven Bennon da var. Tramp iş adamı Elliot Broydini də əfv edib.

Bundan başqa, əfv siyahısında ABŞ-ın Respublika Partiyasının siyasi məsləhətçisi Pol Erikson, reperlər Lil Uayn və Kodak Blek, “Uber Technologies” şirkətinin keçmiş mühəndisi Entoni Lenavdovski, Nümayəndələr Palatasının sabiq üzvü Piçard Rensi və digər şəxslərin də adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR