Tramp ABŞ-a immiqrasiyanı 2 ay müddətinə dayandıracağını açıqlayıb

Tramp ABŞ-a immiqrasiyanı 2 ay müddətinə dayandıracağını açıqlayıb
  • Clock-gray 06:14
  • calendar-gray 22 Aprel 2020

ABŞ-a immiqrasiya 2 ay müddətinə müvəqqəti olaraq dayandırılacaq.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp bununla bağlı fərman imzalayacağını açıqlayıb: "ABŞ-a immiqrasiyanın müvəqqəti dayandırılması ilə bağlı fərman imzalayacam. Bu, 60 gün müddətinə qüvvədə olacaq. İqtisadi vəziyyətə uyğun olaraq qadağanın müddətinin uzadılması və ya dəyişdirilməsinə baxılacaq”.

Prezidentin sözlərinə görə, bu məhdudiyyət "Green Card" əldə edərək ABŞ-da daimi yaşamaq icazəsi almaq istəyənlərə şamil ediləcək.

Tramp böhran səbəbindən işsiz qalan amerikalıların iş yerlərinin qorunması üçün bu addımın atılacağını bildirib.

 

Rəşad Sarıyev

Digər xəbərlər