Tramp ABŞ-da məktəb və universitetlərin sentyabrda açılmasına səy göstərdiyini bildirib

Tramp ABŞ-da məktəb və universitetlərin sentyabrda açılmasına səy göstərdiyini bildirib
# 04 may 2020 06:22 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp ölkədə məktəb və universitetlərin həmişəki kimi sentyabr ayında açılmasına səy göstərdiyini açıqlayıb.

APA “Fox News”a istinadən xəbər verir ki, ABŞ lideri eyni zamanda ölkədə adi həyat tərzinin bərpa olunmasına çalışdığını deyib: "Bəli, şagird və tələbələrin dərslərinə başlamasını, həmçinin, ölkənin adi həyat tərzinə qayıtmasını istəyirəm. Bu halın qeyri-müəyyən müddətə davam etməsini istəmirəm".

ABŞ-ın əksər ştatlarında pandemiya ilə əlaqədar hazırda yalnız mağaza və apteklərin fəaliyyət göstərdiyini deyən prezident restoran və kafelərin sifarişlərə uyğun olaraq yalnız ünvana çatdırılma xidməti göstərdiyini bildirib.

Hazırda ABŞ-da idman zalları, muzeylər, təhsil müəssisələri və kinoteatrlar bağlıdır.

Tramp əlavə edib ki, ştatlarda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qubernatorlar qərar verə bilər: “Hər ştatda mövcud vəziyyət fərqlidir”.

Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 1,15 milyondan çox insan koronavirusa yoluxub. Onların 67,6 minindən çoxu dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR