Tramp ABŞ-ın neft hasilatını azalda biləcəyini istisna etməyib

Tramp ABŞ-ın neft hasilatını azalda biləcəyini istisna etməyib
# 07 aprel 2020 04:44 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp lazım olacağı təqdirdə OPEK+-un ardınca neft hasilatının azaldılması ilə bağlı qərar verəcəyini istisna etməyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp mətbuat konfransında OPEK+ üzvlərinin Vaşinqtona bununla bağlı sorğu göndərəcəyi təqdirdə ABŞ-ın istehsalı azaldıb-azaltmayacağına dair sualı cavablandırarkən belə deyib.

“Bu, verməli olduğumuz bir qərardır. Belə bir qərarı verə də bilərik, verməyə də bilərik”, - deyə bildirib.

Eyni zamanda, Ağ Ev rəhbəri qeyd edib ki, indiyə qədər ona belə bir sorğu ilə müraciət olunmayıb və hazırda bazarda tələb olmadığından, o bunun avtomatik olaraq baş verəcəyinə inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR