Tramp Ağ Evdə Netanyahunu qəbul edəcək

Tramp Ağ Evdə Netanyahunu qəbul edəcək
# 24 yanvar 2020 02:48 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də İsrailin BNaziri Benyamin Netanyahu və onun siyasi rəqibi, Kahol-Lavan mərkəzçi blokunun lideri Beni Ganzla görüşəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə İsrailin Baş Naziri Benyamin Netanyahunu qəbul edəcək. Beni Ganz da prezidentin Vaşinqtona gəlmək barədə dəvətini qəbul edib. ABŞ və İsraili sıx tərəfdaşlıq əlaqələri birləşdirir. Baş nazirin səfəri ortaq regional müzakirələr və milli təhlükəsizlik maraqları üçün bir fürsətdir”, - mətndə belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR