Tramp COVID-19 məhdudiyyətlərinə qarşı olduğunu bildirib

Tramp COVID-19 məhdudiyyətlərinə qarşı olduğunu bildirib
  • Clock-gray 08:22
  • calendar-gray 20 Dekabr 2020

ABŞ-ın hazırkı prezidenti Donald Tramp “Twitter” səhifəsində Böyük Britaniyanın Baş naziri Boris Consonun pandemiya səbəbindən ölkənin bir sıra bölgələrində maksimum məhdudiyyətlərin tətbiq edilməsi barədə qərarından bəhs edib.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, ABŞ lideri paylaşımında yeni növ koronavirusla əlaqədar ölkəsində məhdudiyyətlərin tətbiq edilməsinə qarşı olduğunu bəyan edib.

“Biz məhdudiyyət istəmirik. Problemin həlli problemin özündən də pis ola bilməz”, deyə Tramp əlavə edib.

Xatırladaq ki, Britaniyanın Baş naziri Boris Conson ötən gün Londonda və krallığın bir sıra bölgələrində koronavirusun sürətlə yayılması səbəbindən məhdudiyyətlərin maksimum səviyyəsinə - dördüncü fazaya keçidlə bağlı qərar imzalayıb.

 

apa-logo-mini

Digər xəbərlər