Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək”

Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək”
# 24 fevral 2020 08:22 (UTC +04:00)

“Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək. Buna əminəm”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Hindistana səfəri ərəfəsində Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu, böyük bir problemdir, ancaq Çin rəhbəri ölkəsini sevir, çox işləyir və bu problemi həll edəcək”, - deyə Tramp bildirib.

O əlavə edib ki, koronavirusla mübarizədə ABŞ hakimiyyət orqanları fəal iştirak edir, baş verən hər şeyi düzgün qiymətləndirir: “Ölkəmizdə vəziyyət tam nəzarətimizdədir. ABŞ-da koronavirusa 12 nəfər yoluxmuşdu, indi onların əksəriyyətinin səhhəti yaxşılaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR