Tramp: "Dürüst səs sayımı alana qədər mübarizə aparacağıma söz verirəm”

Tramp: "Dürüst səs sayımı alana qədər mübarizə aparacağıma söz verirəm”
# 08 noyabr 2020 04:20 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçkilərində qalib gəldiyini iddia edir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

O bildirib ki, müşahidəçilər bülletenlərin sayılma otaqlarına buraxılmayıb: “Seçkidə qazandım, 71 milyon qanuni səs topladım. Müşahidəçilərimizin bülletenlərin sayılmasını görməsinə icazə verilmədiyi. Əvvəllər heç belə olmamışdı. Milyonlarla insanlara göndərilən bülletenlər geri istənilmədi!”.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın nüfuzlu KİV-ləri öz hesablamalarına əsaslanaraq, Co Baydenin seçkiləri qazandığını bildirib. Tramp isə Demokrat rəqibinin hələ heç bir ştatda qalib olaraq təsdiqlənmədiyini söyləyib.

Tramp əlavə edib ki, Baydenin "saxta səslər"ini saymaq niyyətindədir: "Dürüst səs sayımı alana qədər mübarizə aparacağıma söz verirəm” .

O, həmçinin mövqeyini qorumaq üçün məhkəmə hazırlıqlarını elan edib.

Qeyd edək ki, 78 yaşlı Bayden seçiləcəyi təqdirdə, ölkə tarixindəki 46-cı və ən yaşlı prezident olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR