Tramp G20 sammitində iştirak edəcək

Tramp G20 sammitində iştirak edəcək
  • Clock-gray 04:37
  • calendar-gray 21 Noyabr 2020

ABŞ prezidenti Donald Tramp 21-22 noyabr tarixlərində onlayn keçiriləcək G20 sammitində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının sözçüsünə istinadən “Reuters” məlumat yayıb.

Məlumata görə, Tramp sammitə həm birinci, həm də ikinci günündə qatılacaq.

G20 sammiti Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səudun sədrliyi ilə 21-22 noyabr tarixlərində onlayn formatda keçiriləcək. Sammitin müzakirə mövzuları arasında pandemiyanın yaratdığı böhrandan sonra iqtisadi artımın bərpası yer alıb.

apa-logo-mini

Digər xəbərlər