Tramp Makronla "G7" sammitindən, Honkonq və Liviyadan danışıb

Tramp Makronla "G7" sammitindən, Honkonq və Liviyadan danışıb
# 30 may 2020 22:33 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla “böyük yeddilik” sammitinə hazırlıqdan, Honkonq və Liviyadan danışıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cadd Dir bildirib.

“Prezident Tramp prezident Makronla “G7” sammitinə hazırlıq prosesini müzakirə edib. Liderlər, həmçinin Honkonq, Liviya və telekommunikasiya təhlükəsizliyi kimi qarşılıqlı narahat doğuracaq məsələlərdən danışıblar”, - Dirin açıqlamasında belə deyilir.

Bu, son 3 gündə artıq Trampla Makronun ikinci telefon danışığıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR