Tramp Nyu-Yorkun nəqliyyat sisteminə dəstək üçün təxminən 4 milyard dollar ayırıb

Tramp Nyu-Yorkun nəqliyyat sisteminə dəstək üçün təxminən 4 milyard dollar ayırıb
# 15 may 2020 05:57 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası Nyu-Yorkun ictimai nəqliyyat operatoruna dəstək məqsədilə 3,9 milyard dollar ayırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo gündəlik mətbuat konfransında bildirib.

“Donald Trampla ştatlara maliyyə dəstəyi haqqında danışdıq. O məni dinlədi. Mən ondan müəyyən vəsaitin ayrılması barədə soruşdum və o, MTA üçün (Nyu-Yorkun ictimai nəqliyyat operatoru) 3,9 milyard dollar ayrılmasına razılıq verdi”, - qubernator belə deyib.

Kuomonun sözlərinə görə, vəsait artıq dövlət xəzinəsinə daxil olub.

Bundan əvvəl Nyu-York qubernatoru yeni növ koronavirus xəstəliyinin yayılması səbəbindən ABŞ-ın eyni adlı ən böyük şəhərinin ictimai nəqliyyatında yükün 92% azaldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR